Cümə, 17 May

Axtarış

UEFA” üzrə 162 nəticə tapıldı

15.05.2024 - 12:04

"Mançester Siti" və "Jirona" Çempionlar Liqasında oynamaya bilər

UEFA hər iki klubun gələn mövsüm Çempionlar Liqasında mübarizə apara bilməsi üçün "Mançester Siti"nin sahiblərindən “Jirona”dakı paylarının bir hissəsini satmağı tələb edir. Məlumata görə, ayın əvvəlində "Jirona" La Liqanın turnir cədvəlinin ilk 4-lüyündə yer almağı təmin edib ki, bu da Kataloniya klubuna tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ verir.


10.05.2024 - 15:33

Karlo Ançelotti “Fənərbağça”nı bonussuz qoydu

Karlo Ançelotti Arda Güleri əsas heyətdə az oyuna buraxdığı üçün “Fənərbağça” klubu bonus əldə edə bilməyəcək. Məlumata görə, “Real Madrid” rəsmiləri “Fənərbağça”dan  Arda Güleri transfer edərkən La Liqada çempion olacaqları və UEFA Çempionlar Liqasının finalına yüksələcəkləri təqdirdə bonuslar verəcəyini bildirmişdilər. Maraqlıdır ki, müqavilənin əsas şərtlərindən birində gənc ulduzun oyun sayı


07.05.2024 - 11:42

ÇL: PSJ "Borussiya"nı qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Xəbər verilir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək. Qeyd edək ki, Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.


19.04.2024 - 14:55

Türkiyə klubları UEFA reytinqinə nə qədər xal qazandırıblar?

Türkiyə UEFA-nın ölkə reytinqində 9-cu yeri təmin etdikdən sonra hansı komandanın ölkəyə nə qədər töhfə verdiyi müəyyənləşib. Xəbər verilir ki, ölkənin hesabına ən çox töhfə verən komanda 14 xalla "Fənərbağça" olub. "Qalatasaray" 8, "Beşiktaş" 3, "Adana Dəmirspor" isə 2,5 xal qazandırıb. Xatırladaq ki, ölkənin Avropadakı son təmsilçisi olan "Fənərbağça" dünən axşam Konfrans Liqasında "Olimpiakos"a məğlub olaraq


04.04.2024 - 16:18

UEFA “Qarabağ”a ödəniş etdi 

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.  Xəbər verilir ki, Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.  Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. 


27.03.2024 - 16:41

"Yunayted" avrokuboklardan kənarda qala bilər

"Mançester Yunayted" (İngiltərə) və ya "Nitsa" növbəti mövsüm üçün avrokuboklardan kənarda qala bilər. Xəbər verilir ki, UEFA-nın klub sahibliyi ilə bağlı yeni qaydasına görə, eyni sahibə məxsus klubların eyni turnirdə iştirak etmək hüququ yoxdur. “Qırmızı şeytanlar”ın yeni sahibi britaniyalı milyarder Cim Ratkliffdir. O, həmçinin Fransa Liqa-1də mübarizə aparan "Nitsa"nın sahibidir. Əgər mövsümün sonunda hər iki komanda eyni


15.03.2024 - 13:19

İngilis hakimə yaraşmayan hərəkət idi - Qurbanov

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Xəbər verilir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cə


15.03.2024 - 12:12

Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq

UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşiblər. Ən güclü səkkiz komanda arasında yer alan Türkiyənin “Fənərbağça” klubu növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. 1/4 final: “


14.03.2024 - 20:40

Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq. "Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka "Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo


11.03.2024 - 12:54

“Bayer” “Qarabağ” ın azarkeşlərinə 1800 bilet ayırdı 

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer"in qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.  Xəbər verilir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.  Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.  Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keç


07.03.2024 - 23:31

“Qarabağ” güclü “Bayer”lə bərabərə qaldı

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyunu bitdi 2:2. 23:37 UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda ikinci hissə başlayıb. “Bayer” hesabı bərabərləşdirib - 2:2.


07.03.2024 - 22:31

"Qarabağ" "Bayer 04"lə oyunda fasiləyə inamlı üstünlüklə yollanıb - YENİLƏNİB-4

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0. ***22:32 UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçında yenidən qol vurulub. Bu dəfə Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Juninyo qonaqları növbəti dəfə məyus edib. ***22:10 UEFA Avropa Liqası


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58