Bazar ertəsi, 20 May

SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin mənfəəti 48% artıb

image

Türkiyənin “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) bu ilin ilk doqquz ayını 5,8 mlrd. Türk lirəsi mənfəətlə başa vurub. Bu göstərici illik müqayisədə 48% çoxdur.

“APA-Economics”in “SOCAR Türkiyə”yə istinadən verdiyi məlumata görə, hesabat dövründə “Petkim” üzrə xalis 109% artaraq 40 mlrd. lirə təşkil edib.

Məlumata görə, bu il istehsal gücünün davamlılığını təmin etmək üçün “Petkim”ə 1,7 mlrd. lirə sərmayə qoyulub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə, 1 TL 0,0916 AZN təşkil edir.

Xatırladaq ki, SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41