Bazar ertəsi, 20 May

Ruslar Parisdə keçiriləcək Olimpiadaya dəvət edilməyəcək - RƏSMİ

image

Rusiya və Belarus Milli Olimpiya Komitələri 2024-cü ildə Parisdə keçiriləcək Yay Oyunlarına dəvət almayacaq. 

Məlumata görə, bunu Beynəlxalq Olimpiya Komitəsi (BOK) elan edib.

BOK 2024-cü il Olimpiadasının başlamasına bir il qalmış əvvəlcədən təyin olunmuş tarixdə - iyulun 26-da dəvətlərin göndərilməyəcəyinə aydınlıq gətirib. Bu o demək deyil ki, rusiyalı idmançılar gələn yay Olimpiya Oyunlarında iştirak etməyəcək - rusların iştirakı ilə bağlı yekun qərar daha sonra, İcraiyyə Komitəsi və BOK sessiyası baş tutan zaman açıqlanacaq.

KİV-də həmçinin qeyd edilir ki, BOK-un bəyanatında rusların və belarusların Olimpiadaya neytral statusda buraxıla biləcəyinə dair “işarələr” var.

Kreml BOK-un qərarına reaksiya verib. “Biz bunu ədalətli hesab etmirik. Bizim mövqeyimiz yaxşı məlumdur. Biz idmanın siyasiləşdirilməsinin qəti əleyhinəyik”, - prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41