Bazar ertəsi, 20 May

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətirələcək

image

Sabiq baş nazir Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək.

Xəbər verilir ki, bunu onun yaxın qohumu Rauf Ramazanov deyib.

O bildirib ki, cənazə sabah Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsində olan evinə aparılacaq və ata-anasının qəbrinin yanında dəfn ediləcək.

Sabiq Baş nazir, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.

Surət Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41