Bazar ertəsi, 20 May

Əhalinin banklara nə qədər borcu var?

image

Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. manata yüksəlib. 

Xəbər verilir ki, kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 mln. manat, istehlak kreditləri 156.5 mln. manat, ipoteka kreditləri isə 86.6 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil edib. 

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41