Bazar ertəsi, 20 May

AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqlayıb

image

AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb.

Xəbər verilir ki, buna 51 yaşlı mütəxəssisin "Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.

"Qəbələ"nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. "Qırmızı-qaralar" bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan əlavə, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi "Qarabağ"a xəbərdarlıq edib. "Köhlən atlar"ın azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41