Bazar ertəsi, 20 May

Ronaldodan növbəti REKORD

image

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo məğlubiyyətsiz oyunlara görə dünya rekordu qırıb.

Xəbər verilir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı məlumat yayıb.

Hesablamalara görə, "Əl-Nəsr" – "Persepolis" oyunundan (2:0) sonra 38 yaşlı forvard artıq uduzmadığı min qarşılaşma keçirib. Onlarda 776 qələbə qazanıb, 224 heç-heçə olub. Bundan sonra Ronaldu öz klubunun heyətində daha bir qələbə qazanıb – "Əl-Əhli"yə qarşı oyunda (4:3).

Məğlubiyyətsiz keçirdiyi 1001 matçdan "Əl-Nəsr"in payı 28, "Mançester Yunayted"in – 284, "Yuventus"un – 114, "Real Madrid"in – 386, "Sportinq Lissabon"un – 21, Portuqaliya millisinin – 168 olub.

Ümumilikdə, Ronaldo karyerasında 1 183 oyun keçirib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41