Bazar ertəsi, 20 May

Messi tarixi rekorda imza atdı

image

Lionel Messi Argentina millisində növbəti dubluna imza atıb.

Xəbər verilir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsinin Peru ilə qarşılaşmasında fərqlənib.

Messinin qolları komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da forvard dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələlərindəki qol sayında rekord vurub. 31-ci dəfə fərqlənən Messi uruqvaylı Luis Suaresi arxada qoyub.

Qeyd edək ki, argentinalı ulduz dünya çempionatlarının seçmə mərhələlərinin ümumi bombardirləri siyahısında 4-cüdür. Rekord isə qvatemalalı Karlos Ruisə məxsusdur – 39 qol. Kriştiano Ronaldo (Portuqaliya) 36, Əli Daei (İran) 35 dəfə fərqlənib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41