Bazar ertəsi, 20 May

Messi “İnter Mayami”dən gedir? - Özü açıqlayıb

image

"İnter Mayami"də çıxış edən argentinalı dünya çempionu Lionel Messi komandadan ayrılacağı ilə bağlı deyilənləri təkzib edib.

Xəbər verilir ki, o, karyerasını MLS komandasında davam etdirəcəyini bildirib:

"Yanvarda Mayamiyə qayıdacağam ki, mövsümöncəsi məşq edim. Hər şeyə sıfırdan başlayacağam və həmişə olduğu kimi, mümkün olan ən yaxşı şəkildə hazırlaşacağam".

"İnter Mayami"nin MLS-də pley-off mərhələsinə vəsiqə qazana bilməməsi haqda danışan argentinalı ulduz bunun utancverici olduğunu dilə gətirib:

"Bu, utancvericidir. Çox yaxın idik. Son bir neçə matçı buraxdım. Bir neçə zədəm var idi. İyul ayı bizim üçün çətin ay oldu. 3 gündən bir oyun keçirdik, səyahət etdik. Amma klub və gələcək üçün çox vacib olan turnirdə qalib gəldik”.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41