Ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkar olunub
Ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkar olunub
Polis əməkdaşları ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 10,9 kiloqrama yaxın marixuana, 1,5 kiloqrama yaxın tiryək, 2,1 kiloqramdan çox metamfetamin, həmçinin 3 613 ədəd metadon həbi olub.
Www.azadsoz.com