Bazar ertəsi, 20 May

Paşinyan Qazaxın 4 kəndini qaytarmağa hazırdır, amma...

image

Yerevan Azərbaycanın yeni hücumunun qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb, baxmayaraq ki, bu, sülhə zəmanət vermir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da ölkə parlamentində çıxışında bildirib.

"Biz delimitasiya prosesinə Tavuş vilayəti və Azərbaycanın Qazax rayonunun dörd kəndindən başlamağa etiraz etmirik. Bu kontekstdə tez-tez belə bir sual səslənir: Tavuşda delimitasiya Ermənistanın təhlükəsizliyinə zəmanət verirmi? Cavab - vermir. Lakin bu məsələləri həll etməkdən imtina etmək ölkənin təhlükəsizliyi üçün təhdidlərin davam etməsinə zəmanət verir və bu zəmanət aradan qaldırılmalıdır", deyə baş nazir bildirib.

Tavuşda delimitasiya Azərbaycanın digər hissələrdə 30-a yaxın erməni kəndini Ermənistana qaytarmağa razılaşacağına da zəmanət vermir. Bununla belə, delimitasiya həyata keçirilməlidir, deyə Paşinyan qeyd edib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41