Çərşənbə, 01 May

Aytən Səfərovanın vəziyyəti açıqlandı

image

Ötən gün ağır yol qəzasına düşən tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aparıcının hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir:

“Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır”.

Qeyd edək ki, ötən gün Xətai rayonunun 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. O, ağır xəsarət alıb. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15