Çərşənbə, 01 May

Azərbaycanda pomidora ayı geni transfer edilir?

image

Qida məhsullarının tərkibində müxtəlif gəmiricilərin və ayı geninin olmasına dair iddialar absurddur.

Xəbər verilir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Agentlik sədri qeyd edib ki, ictimailəşdirilən istənilən məlumat kompetent mənbəyə əsaslanmalıdır:

“Molekulyar genetika ilə özüm də uzun müddət məşğul olmuşam. Bizim ekspertlərimiz nəinki Azərbaycanda, hətta Avropada da peşəkar səviyyədə molekulyar genetika ilə məşğul olurlar. Molekulyar genetika mütərəqqi elmdir.

Həmin “ekspertlərdən” molekulyar genetika elminin əleyhinə yönələn fikirləri dayandırmağı tələb edirəm. Əks halda, bu iddialara hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirməyə məcbur olacağıq.

Hər hansı məhsulun özəl xüsusiyyətini qoruyub saxlamaq üçün başqa bir orqanizmin geni ona transfer olunur. Bu da sadəcə, bəlli məhsullarda həyata keçirilir. Çiyələk, albalı, heyva, qarpız kimi məhsullar ərzaq səbətinə daxil deyil. Dünya elmi bu sahəyə vəsait ayırıb modifikasiya ilə məşğul olmur. Siçovulun, ayının hansı özəlliyi var ki, onu kartofun, pomidorun geninə transfer etsinlər”.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15