Şənbə, 04 May

Amerikalı analitik: “Ermənistan Rusiya ilə münasibətləri kəsəcək”

image

“Ermənistan Rusiya ilə münasibətləri kəsəcək, amma bunu dərhal etməyəcək. Hadisələr məhz bu istiqamətdə inkişaf edir”.

Xəbər verilir ki, bunu amerikalı analitik Metyu Orr  deyib.

“Ermənistanın tamamilə Qərbin bir hissəsi olması variantı real deyil. Ona görə mərhələli prosesə üstünlük verilir. İstənilən halda Ermənistan Rusiya ilə iqtisadi və digər əlaqələri davam etdirəcək. Amma bu, onilliklər ərzində davam edən müttəfiqlik münasibətləri olmayacaq. Çünki Rusiya ilə müttəfiqlik münasibətləri Ermənistan üçün o qədər də sərfəli deyil”.

Analitikin sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması üçün hələ də heç bir ilkin şərt yoxdur.

“Ermənistan təşkilatla təmasları tamamilə donduracaq. Moskvanın kəskin addımlar atacağı təqdirdə Rusiya ilə münasibətlər daha da pisləşəcək. Amma əgər Ermənistan rəhbərliyinin məqsədi sülh müqaviləsi bağlamaq və orduda itkilərin sayını azaltmaqdırsa, onda İrəvan üçün bu il KTMT-də qalmaq daha yaxşıdır. Hərçənd yaxın 3-5 ildə hadisələr məhz Rusiya ilə münasibətlərin pozulması istiqamətində inkişaf edəcək. Ukraynadakı hadisələrin nəticəsindən çox şey asılıdır. İndi Rusiyanın resursları maksimum dərəcədə Ukraynadakı müharibəyə cəmlənib. Ona görə də 3-5 il ərzində Rusiyanın Cənubi Qafqazda qalmaq imkanları özünə sərfəli şərtlərlə münaqişəni dondura biləcəyindən asılı olacaq. Hadisələr gözlənilməz ssenari üzrə inkişaf edərsə, bu, prosesləri ya sürətləndirə, ya da ləngidə bilər. Amma istənilən halda Rusiyanın Cənubi Qafqazda nüfuzu azalmağa davam edəcək”, – amerikalı analitik vurğulayıb.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15