Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir
Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir
Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.
Xəbər verilir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.
Www.azadsoz.com