Cümə, 03 May

Bekhemlər ailəsində nə baş verir? Gəlini Viktoriyanın ad günündə iştirak etmədi

image

Model Nikola Peltz-Bekhem qayınanası Viktoriya Bekhemin ad günü gecəsində iştirak etməməsinin səbəbini açıqlayıb.

Xəbər verilir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.

Nikola Peltz-Bekhem xəstə nənəsi ilə vaxt keçirdiyi üçün şənliyə gəlmədiyini etiraf edib.Model qayınanasının 50 yaşını da təbrik edib.

"Əziz Viktoriyam, ad günün mübarək. Mən sizi təbrik etmək və şəxsən qucaqlamaq üçün burada ola bilmədiyim üçün çox təəssüf edirəm. Məndən və nənəmdən sevgi şüaları göndərirəm", – Nikola Peltz-Bekhem yazıb.

Qeyd edək ki, Viktoriya Bekhem 50 yaşını qeyd etmək üçün həftəsonu Osvaldın Londondakı şəxsi klubunda əyləncə gecəsi təşkil edib.Xüsusi tədbirdə Tom Kruz, Eva Lonqoriya, Qordon Ramsay və digər ulduzlar da daxil olmaqla 100 nəfər iştirak edib.

Xatırladaq ki, Nikola Peltz 2022-ci ilin aprelində Viktoriya və Devid Bekhemin oğlu Bruklinlə evləndi. Mətbuatın yazdığına görə, toyun təşkili Nikola ilə Bruklin anası arasında mübahisəyə səbəb olub.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15