Bazar, 19 May

Paşinyana qarşı böyük ittifaq: Ermənistan vətəndaş müharibəsinə sürüklənir

image

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş polkovnik Mikael Ambartsumyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib. O, kilsənin mövqeyini açıq-aşkar müdafiə edərək, kobud güclə hakimiyyəti uzun müddət saxlamağın mümkünsüz olduğunu bildirib. 

Mikael Ambartsumyan 2020-ci il avqustun 11-də Ermənistan Prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, 8 oktyabr 2020-ci ildə isə Milli Təhlükəsizlik Xidmətinin direktor əvəzi təyin edilib. 2 noyabr 2020-ci ildə o tutduğu vəzifədən uzaqlaşdırlıb və onun işdən çıxarılması baş nazir Nikol Paşinyanın təklifi ilə reallaşıb. 

Son günlər Ermənistanda Mikael Ambartsumyanın timsalında Paşinyan hökumətinə qarşı etirazlar ciddi dərəcədə artmaqdadır. Artıq bir sıra keçmiş siyasi fiqurlar və partiyalar bu barədə açıq-aşkar bəyənat verməkdən çəkinmirlər. Bəs ciddi etirazlar fonunda Paşinyan hakimiyyətini hansı aqibət gözləyir? Ermənistanda cərəyan edən proseslər vətəndaş müharibəsinə gətirib çıxara bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, Paşinyana qarşı mövqe ortayan qoyanların hazırda 2 məqsədi var: 

“4 kəndin yenidən Azərbaycan nəzarətinə qaytarılmasından sonra Ermənistan daxilində müəyyən etiraz aksiyaları keçirildi. Görünən odur ki, bu aksiyaların keçirilməsində həm Ermənistan daxilindəki revanşist qüvvələr, həm də kənar təsirlər olduqca fəaldır. Son olaraq bir sıra erməni hərbi və siyasi rəhbərlərin də kilsənin mövqeyini açıq-aşkar dəstəkləməsi də bunu sübut edir. Məqsəd Ermənistan daxilində öz siyasi hədəflərinə çatmaqdır. Burada minimum hədəf ölkə daxilində Paşinyanın siyasi nüfuzunu zəiflətmək, maksimum hədəf isə onu birbaşa olaraq hakimiyyətdən kənarlaşdırmaqdır”. 

Mətin Məmmədli etirazların genişlənib ciddi qarşıdurmaya çevirilə biləcəyini də istisna etməyib: 

“Ancaq görünən odur ki, bu aksiyalar və siyasi çıxışlar hələki o qədər də ciddi dəstək qazanmır. Bu aksiyalar daha çox lokal xarakter daşıyır. Hakimiyyət hələki situasiyaya nəzarət edir. Ancaq Ermənistan elə bir ölkədir ki, orada siyasi sistem kifayət qədər mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, Paşinyana qarşı olan qüvvəllər təkcə siyasi deyil. Ermənistan ordusu daxilində də hazırki hakimiyyətə kəskin etiraz nümayiş etdirən hərbçilər var. Gələcəkdə hadisələrin inkişafı Ermənistanda daha kəskin qarşıdurma, hətta hakimiyyət dəyişikliyi istiqamətində gedə bilər. Açığı, mən bunu yaxın günlərdə gözləmirəm, ancaq istisna etmək olmaz ki, bu ümumiyyətlə baş verməyəcək”. 

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41