Bazar, 19 May

Lukaşekondan təcili əmr: Nüvə bölmələri yoxlanılacaq!

image

Belarus Prezidenti Aleksandr Lukaşenkodan qeyri-strateji nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfil yoxlanması barədə əmr aldıq.

Xəbər verilir ki, bu barədə Belarus müdafiə naziri, general-leytenant Aleksandr Xrenin deyib.

O bildirib ki, “İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.

Xrenin əlavə edib ki, təftiş zamanı taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektri yoxlanılacaq.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41