Türkiyəli məşhur aktyor Ancelina Coli ilə birlikdə baş rolda
Türkiyəli məşhur aktyor Ancelina Coli ilə birlikdə baş rolda
Türkiyənin məşhur aktyoru Haluk Bilginer amerikalı aktrisa Ancelina Coli ilə birlikdə baş rolda filmə çəkiləcək.
Bu barədə Türkiyə mediasına isinadən xəbər verir.
Onlar "Mariya" filmində baş rollarda oynayacaq.
"Mariya" yunan əsilli amerikalı sənətçi Mariya Kallasın həyatından bəhs edəcək.
Filmin rejissoru Ledi Diana bioqrafiyası "Spenser" ilə məşhurlaşan Pablo Larrain olacaq.
Filmdə Haluk Bilginer yunanıstanlı iş adamı Aristotel Onaszisi, Coli isə Kallasın özünü canlandıracaq.
Oktyabr ayında Budapeştdə çəkilişlərinə başlaması planlaşdırılan filmin ssenarisini "Peaky Blinders" serialı ilə də tanınan Stiven Nayt yazıb.
Aristotel Onaszis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Ceki Kennedi ilə evlənmək üçün Mariya Kallasdan ayrılıb. Bundan sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçüb. Kallas 1977-ci ildə 52 yaşında ürək tutmasından vəfat edib.
Www.azadsoz.com