Şənbə, 27 Aprel

Qırğızıstan sakini iki ölkə arasında gizli tunel qazıb, qaçaqmalçılıq edirmiş - VİDEO

image

Qırğızıstanın Özbəkistanla sərhədində kənd sakininin evində qeyri-qanuni miqrasiya və yük daşınması üçün istifadə edilən 130 metr uzunluğunda gizli tunel tapılıb.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin verdiyi açıqlamada Qırğızıstan-Özbəkistan sərhədində qeyri-qanuni immiqrasiya və yük daşımalarının aşkarlanması istiqamətində əməliyyat aparıldığı bildirilib. Qeyd edilib ki, əməliyyat nəticəsində Qırğızıstanın Cəlal-Abad vilayətinin Suzak rayonunun Bek-Abad kəndindəki evdə iki ölkəni birləşdirən gizli tunel aşkarlanıb. Tunelin dərinliyi 15 metr, uzunluğu isə 130 metrdir. Tunelin Qırğızıstan dövlət sərhədinə qədər olan hissəsi 50 metr, hündürlüyü isə 1 metr 70 santimetr müəyyən edilib. Qeyri-qanuni immiqrasiya və yük daşımaları kanalını təşkil edən evin sahibi saxlanılıb.

Hadisə ilə əlaqəsi olan və sözügedən tuneldən istifadə edərək sərhədi qanunsuz keçən şəxslərin, habelə qanunsuz keçirilən malların müəyyən edilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Qırğızıstanın cənubundakı Cəlal-Abad, Oş və Batken bölgələri Özbəkistanla ortaq sərhədi paylaşsa da, iki ölkənin kəndlərinin bir-birinə çox yaxın olduğu sərhəd xətlərində vaxtaşırı gizli tunellər aşkar edilir.

Www.azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45