Cümə axşamı, 09 May

Çin İranın İsrailə zərbəsini “qanuni” adlandırdı

image

İran və Çinin müdafiə nazirləri iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın intensivləşdirilməsini müzakirə etmək üçün görüş keçiriblər.

Xəbər verilir ki, bu barədə “Mehr” məlumat yayıb.

İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin çinli həmkarı Donq Jun ilə görüşü Qazaxıstanda, ŞƏT ölkələrinin müdafiə nazirlərinin sammiti çərçivəsində baş tutub.

Çinin son regional hadisələrlə bağlı mövqeyini, xüsusilə də aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna İsrailin hücumunu pisləməsini təqdir edən Aştiani vurğulayıb ki, son regional gərginlik və Qəzzada yaşanan acınacaqlı vəziyyət ABŞ-ın regionda sabitliyi pozan hərəkətlərinin nəticəsidir.

Çinin müdafiə naziri də öz növbəsində İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hücumunun beynəlxalq qanunları pozduğunu vurğulayıb və İsrailin hücumuna cavab verməyin İranın qanuni haqqı olduğunu bildirib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32