Cümə axşamı, 09 May

Konor Makqreqor Çendlerlə döyüşünün vaxtını açıqladı: “Bütün sistemlər hazırdır”

image

Məşhur irlandiyalı qarışıq döyüş sənəti döyüşçüsü, yarıyüngül və yüngül çəkidə keçmiş ikiqat UFC çempionu Konor Makqreqor ABŞ-li Maykl Çendlerlə döyüşünün vaxtını açıqlayıb.

O, döyüşün yayda keçiriləcəyini bildirib. Lakin UFC bu xəbəri hələ təsdiqləməyib.

“Bir neçə gün əvvəl bütün sistemlərin hazır olduğu barədə təsdiq aldıq. “The Notorious” (idmançının ləqəbi - red.) bu yay UFC oktaqonuna qayıdacaq”, - deyə Makqreqor bildirib.

Qeyd edək ki, 35 yaşı olan irlandiyalı döyüşçü qarışıq döyüş növləri üzrə 28 döyüş keçirib, 22 qələbə qazanıb və altı məğlubiyyət alıb.

Konor 2021-ci ilin yayında baş tutan qarışıq döyüş sənəti növləri üzrə UFC turnirində birinci raundda Dastin Poryeyə uduzduqdan və ayağını sındırdıqdan sonra döyüşməyib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32