Şənbə, 27 Aprel

Polşada polis eks-nazirin evinə basqın etdi

image

Polşa Milli Prokurorluğu Daxili Təhlükəsizlik Xidmətinin (ABW) keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun Ədliyyə Nazirliyində korrupsiya iddiaları ilə bağlı ümummilli araşdırması çərçivəsində evinə basqın etdiyini açıqlayıb. 

Xəbər verilir ki, prokuror Przemyslav Novak, ABW qruplarının keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun hakimiyyəti dövründə Ədliyyə Fondunun istifadəsində korrupsiya iddialarının araşdırılması çərçivəsində Ziobro və dörd keçmiş deputatın mülkləri də daxil olmaqla, ölkə daxilində bir çox yerdə axtarış apardıqlarını bildirib. 

Ölkə mətbuatında yer alan xəbərə görə, reydlər zamanı adı açıqlanmayan 4 nəfərin saxlanıldığı da bildirilir. 

Polşanın təhlükəsizlik xidmətləri koordinatorunun sözçüsü Jacek Dobrzynski mətbuata açıqlamasında ABW-nin axtarışlarının "dövlət məmurlarının səlahiyyətlərini aşması və vəzifələrini yerinə yetirməməsi" iddiaları ilə bağlı olduğu barədə məlumat paylaşıb. 

Yanvarın sonunda Polşada baş prokuror Adam Bodnar cinayət qurbanlarına yardım və cinayətkarların reabilitasiyası üçün yaradılmış Ədliyyə Fondunda korrupsiya iddialarını araşdırmaq üçün Milli Prokurorluqda istintaq qrupu yaradıb.  

Keçmiş ədliyyə naziri Ziobro 2015-2023-cü illərdə vəzifəsini icra edərkən Ədliyyə Fondundan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edilib.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45