Şənbə, 27 Aprel

Tünd şokoladın bilinməyən faydası açıqlandı

image

Avstraliyanın Melburn Universitetinin tədqiqatçıları tünd şokoladın faydalı bağırsaq bakteriyaları üçün qida rolunu oynadığını və beləliklə, həzm prosesini stimullaşdırdığını və dəstəklədiyini bildiriblər.

Məlumata görə, araşdırmanın nəticələri "Food Bioscience" jurnalında dərc olunub.

Alimlər tünd şokoladın sağlamlığa faydaları olduğunu aşkar ediblər. 

Tünd şokoladın əsas komponenti olan kakao prebiyotik rolunu oynayır. Prebiyotiklər mədə-bağırsaq traktının yuxarı hissəsində həzm olunmayan qida komponentləridir. Onlar yoğun bağırsaqda faydalı mikroflora tərəfindən emal olunur.

Tədqiqatda alimlər tünd şokoladı (70% kakao ehtiva edir) və südlü şokoladı (45% kakao ehtiva edir) probiyotiklərlə zənginləşdiriblər.Onun, həmçinin postbiotiklər kimi tanınan faydalı həzm məhsullarının istehsalını dəstəklədiyi göstərilib.
Bundan əlavə, probiyotiklərlə zənginləşdirilmiş şokolad iştahı və enerji homeostazını tənzimləyən faydalı yağ turşularının sintezini dəstəkləyir.

Tədqiqatın müəllifləri fabrikdə istehsal olunan adi şokoladın da orqanizm üçün faydalı ola biləcəyini vurğulayıblar. Tərkibində ən azı 70% kakao olan tünd şokolad seçməyi və normada istehlak etməyi tövsiyə ediblər.

Www.azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45